Düşmən yaxınlaşır, yerli hakimiyyət əhalini köçürmək istəmir
Tarix: 09-08-2024 18:16 | Bölmə: Dünya
Düşmən yaxınlaşır, yerli hakimiyyət əhalini köçürmək istəmir

Kursk vilayətində, demək olar ki, 17 min nəfər əhalisi olan Lqov şəhəri, eləcə də yaxınlıqdakı yaşayış məntəqələri təxliyə edilməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Lqov rayonunun rəhbəri Sergey Korostelyev bildirib.

“Bizim ərazidən insanları təxliyə etməyə ehtiyac yoxdur. Regionda fövqəladə vəziyyət hökm sürür, vəziyyət hələ də gərgindir, lakin nəzarət altındadır”, - Korostelyev qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək üçün kazaklar Lqovun özündə, kəndlərdə patrul xidmətinə başlayacaqlar. Korostelyev yerli sakinlərə hava reydləri zamanı küçəyə çıxmamağı və hər zaman şəxsiyyət vəsiqəsi gəzdirməyi tövsiyə edib.

Eyni zamanda, o, qeyd edib ki, administrasiya uşaqları, hərəkət qabiliyyəti məhdud olan insanları və xəstələri rayon ərazisindən çıxarmağa hazırdır, lakin ayrı-ayrı tələblər əsasında.

Lqov sakinlərinin məlumatına görə, evakuasiya üçün müraciətləri toplayan 112 xidməti ilə danışmaq mümkün deyil. Lgov-dan zəng edərkən əlaqə sıfırlanır və Moskvadan əlaqə 15 dəqiqədən bir saata qədər davam edir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə soxulub. Dörd gün ərzində onlar ən azı 20 yaşayış məntəqəsini nəzarətə götürüblər. Bundan sonra onlar təqribən 15 km aralıda yerləşən Lqov şəhərinə doğru irəliləməyə başlayıblar.

“Ukrayna ordusu da Rılska doğru irəliləyir. Lqov və Rılsk üzərində nəzarət Ukrayna Silahlı Qüvvələrinə atom elektrik stansiyasının yerləşdiyi Kurçatov istiqamətində şərqə doğru hərəkət etməyə imkan verəcək”, - hərbi informant qeyd edib.

Cümə günü, avqustun 9-da Kurçatov şəhər administrasiyasının rəhbəri İqor Korpunkov bildirib ki, döyüşlər şəhərdən “bir neçə on kilometr aralıda” gedir. Bununla belə, o, yerli sakinləri panikaya düşməməyə çağırıb və şəhərdəki bütün müəssisələrin “normal” şəkildə işlədiyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər