Qəssam və Qüds birqadalarının döyüş videosu yayılıb - Video
Tarix: 13-08-2024 08:59 | Bölmə: Dünya
Qəssam və Qüds birqadalarının döyüş videosu yayılıb

Fələstinli mücahidlər “İntiqam” əməliyyatı keçirib. Mücahidlərin birgə əməliyyatlarında İsrail tərəfi itkilər verib.

Reyting.az
-ın xəbərinə görə, Xan Yunusun El Zana bölgəsinə daxil olan İsrail əsgər və maşınlarından ibarət bir bölmə Qüds briqadaları tərəfindən bombardman edilib.

Yayılan videoda Qəssam briqadaları Xan Yunusun şimal-şərqinə daxil olan İsrail qoşunlarını minaatanlarla vurur və sonra İsrail əsgərləri üçün helikopterlər göndərilir.

Bəlli olur ki, Qüds briqadalarının mücahidləri Xan Yunusun şimal-şərqində “Kürd təpəsi” adlanan ərazidə düşmən bölməsi aşkar ediblər. Bölgədə qərargah quran İsrail qüvvələri mücahidlərin atdığı raketlərlə vurulub.

Qüds və Qəssam briqadalarından olan mücahidlər birgə əməliyyatda Rəfah şəhərinin qərbində yerləşən Tel-Əl Sultan məhəlləsində İsrailə məxsus “Merkava-4” tankını da “Sakib” raketi ilə məhv ediblər.

Qəssam briqadalarının sözçüsü Əbu Ubeyde “Telegram”da bildirib ki, əllərindəki bir məhbus ölüb, iki məhbus isə ağır yaralanıb.

Əbu Ubeyde deyib ki, iki ayrı insidentdə israilli məhbusları qorumaq üçün təyin edilmiş iki Qəssam üzvü atəş açıb, bir məhbusu öldürüb, iki qadın məhbusu isə ağır yaralayıb.

“İki ayrı insidentdə düşmən məhbuslarını qorumaq üçün təyin olunmuş iki əsgər məhbusu atəşə tutub, onu öldürüb, həmçinin iki qadın məhbusu ağır yaralayıb. Onların həyatını xilas etmək üçün səylərimiz davam edir. Bu qırğınlara və əsir sionistlərin həyatına təsir edən bütün reaksiyalara görə düşmən hökuməti məsuliyyət daşıyır. Təfərrüatları öyrənmək üçün komissiya yaradılıb və nəticələr daha sonra açıqlanacaq”,- deyə Qassam briqadalarının sözçüsü əlavə edib.

Video: My Webpage

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər