Mask və Tramp “X”-dəki canlı yayımda problemlə üzləşiblər
Tarix: 13-08-2024 10:54 | Bölmə: Dünya
Mask və Tramp “X”-dəki canlı yayımda problemlə üzləşiblər

Milyarder İlon Maskın “X” sosial media platformasında keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla yayımında texniki problem yaranıb.

Reyting.az
xəbər verir ki, Maskın Trampdan müsahibəsi zamanı bir çox istifadəçi platformaya daxil ola bilməyib.

Mask “X” hesabındakı paylaşımında yazıb:

“X” üzərində böyük bir DDOS hücumu olduğu görünür. Biz bunu dayandırmağa çalışırıq. Ən pis halda, daha az sayda canlı dinləyici ilə davam edəcəyik və çıxışı sonra yayımlayacağıq”.

Daha əvvəl sistemi 8 milyon paralel dinləyici ilə sınaqdan keçirdiklərini bildirən Mask qeyd edib ki, yayımı eyni vaxtda daha az sayda dinləyici ilə davam etdirib, sonra redaktə edilməmiş qeydi yayımlayacaqlar.

Maskın Trampla yayımı texniki problemlərə görə planlaşdırıldığından gec başlayıb.

Onu da qeyd edək ki, DDOS (Distributed Denial-of-Service) hücumu - sistemi müəyyən tutum limitlərindən yuxarı olan məlumatlara məruz qoyaraq hücumlar nəticəsində istifadəçilərin sistemə və ya sayta daxil olmasının qarşısını almaq deməkdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər