Kurskda Ukraynaya təslim olan çeçenlərin sayı açıqlanıb
Tarix: 13-08-2024 17:34 | Bölmə: Dünya
Kurskda Ukraynaya təslim olan çeçenlərin sayı açıqlanıb

“Axmat” Çeçenistan bölməsinin 5 hərbçisi Kursk yaxınlığında gedən döyüşlərdə Ukraynaya təslim olub. Reyting.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırovun müttəfiqi, general-mayor Apti Alaudinov bildirib.

Alaudinov “Telegram”-da izah edib ki, Çeçenistanda çoxlu hərbi hissələr var və onun “Axmat” xüsusi təyinatlılarından olan döyüşçüləri düşmən tərəfindən əsir götürülməyib. Alaudinovun fikrincə, çeçen üçün əsir düşməkdən utancverici bir şey yoxdur.

Kadırovun silahdaşı əmin edib ki, o, artıq Ukrayna Silahlı Qüvvələrinə təslim olan döyüşçülərin adlarını bilir.

“Əsir alınan çeçen artıq kadırovçu deyil”, - Alaudinov bildirib. O əlavə edib ki, avqustun 13-də “Axmat” bölməsinin əsgərləri 2-ci xüsusi təyinatlı briqadanın və 810-cu alayın əsgərləri ilə birlikdə Ukraynanın külli miqdarda texnikasını məhv ediblər.

Xatırladaq ki, bir gün əvvəl Alaudinov Kiyevin “Axmat” döyüşçülərinin Ukraynaya təslim olması ilə bağlı məlumatlarını saxtakarlıq adlandırmışdı.

Onu da qeyd edək ki, Kursk vilayətində bir həftədir Ukrayna ilə şiddətli döyüşlər gedir. Son məlumatlara görə, sərhəd bölgəsində 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətinə keçib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər