Qəssam və İslami Cihad üç tunelin girişini partladıb
Tarix: 14-08-2024 09:27 | Bölmə: Dünya
Qəssam və İslami Cihad üç tunelin girişini partladıb

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları Qəzza zolağının müxtəlif bölgələrinə sızan İsrail əsgərlərinə qarşı bir sıra əməliyyatlar keçirib.

Reyting.az
-ın xəbərinə görə, Qəssam briqadaları bildirib ki, Rəfah şəhərinin qərbindəki Tel əs-Sultan rayonunda daha əvvəl İsrail əsgərləri tərəfindən üç tunelin girişi partladılıb.

Qəssam birqadaları daha əvvəl verdiyi başqa bir açıqlamada İsrail ordusuna aid iki “Merkava” tankından birinin “Yasin-105” raketi, digərinin isə yerə qoyulan partlayıcı ilə məhv edildiyini bildirib.

Digər açıqlamada İslami Cihad Hərəkatının hərbi qanadı “Əl-Qüds Səriyyə” ilə birgə həyata keçirilən əməliyyatda Xan Yunus şəhərində yerləşən bir qrup İsrail əsgərinin minaatanlarla vurulduğu qeyd edilib.

İsrail hələlik bu bəyanatlara münasibət bildirməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib