Nazir: “Ukraynanın Kurska basqını Putinin alçaldılmasıdır”
Tarix: 15-08-2024 10:07 | Bölmə: Dünya
Nazir: “Ukraynanın Kurska basqını Putinin alçaldılmasıdır”

Ukrayna qüvvələrinin Kursk vilayətində əməliyyatı Rusiya lideri Vladimir Putinin alçaldılmasıdır.

Reyting.az
xəbər verir ki, bunu Litvanın müdafiə naziri Laurinas Kasciunas deyib.

“Müdafiə xətləri, görünür, dizayn edilməli olduğu kimi qurulmayıb, indi ukraynalılar keçənilki əks-hücum zamanı ələ keçirə biləcəkləri qədər ərazini işğal ediblər”,- Kasciunas bildirib.

Litvalı nazir qeyd edib ki, Kursk vilayətindəki əməliyyatın ən mühüm nəticəsi Moskva ilə mümkün “sülh danışıqları” fonunda ukraynalıların əhval-ruhiyyəsinin yüksəlməsi olub.

“Ukraynalılar maraqlı oynamaq qərarına gəldilər, mövqelərini gücləndirirlər, bu əraziyə nəzarəti və ya müəyyən ərazinin mərkəzlərinə nəzarəti davam etdirə bilsələr, bu, onların danışıqlar gücünü xeyli artıracaq”,- deyə nazir əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər