Ukrayna qoşunları regional mərkəzlərdən birini mühasirəyə alıb
Tarix: 15-08-2024 16:20 | Bölmə: Dünya
Ukrayna qoşunları regional mərkəzlərdən birini mühasirəyə alıb

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Korenevo regional mərkəzini iki tərəfdən mühasirəyə alıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Açıq məlumatların təhlili üzrə ekspert Repke bildirib ki, Sudja şəhərinin şimalında Ukrayna Silahlı Qüvvələri Korenevo regional mərkəzinə doğru irəliləyir. Onun sözlərinə görə, Ukrayna qüvvələri bu yaşayış məntəqəsinə dəmir yolu stansiyası ilə yaxınlaşıb.

"Ukraynalılar bu yaşayış məntəqəsini ələ keçirmək üçün çox səy göstərirlər. Biz son saatlarda həm şimaldan Korenevoya, həm də cənubdan çoxlu hücum hərəkətləri gördük", - deyə analitik əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər