Leyboristlər sələflərini təkrarlayırlar
Tarix: 16-08-2024 07:50 | Bölmə: Dünya
Leyboristlər sələflərini təkrarlayırlar

Britaniyada hökumət dəyişsə də, anti-Rusiya ritorikası dəyişməyib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyanatla çıxış edib.

Səfir yeni hakimiyyətin Rusiya ilə dialoqa hazırlığını qiymətləndirib: “Britaniyada hakimiyyətə gələn leyboristlər öz sələflərinin anti-Rusiya ritorikasını təkrarlayırlar”.

Diplomatın sözlərinə görə, onlar Moskva ilə məzmunlu dialoqa hazır deyillər: “Eyni zamanda, London, çətin ki, əsas problemlərin Rusiyanın iştirakı olmadan həll oluna biləcəyi illüziyası altındadır. Lakin bu, siyasi liderlik səviyyəsində özünü göstərmir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər