Hindistan Rusiya sərhədindəki vətəndaşlarını ərazini tərk etməyə çağırır
Tarix: 16-08-2024 11:35 | Bölmə: Dünya
Hindistan Rusiya sərhədindəki vətəndaşlarını ərazini tərk etməyə çağırır

Hindistan, Rusiyanın Kursk, Belqorod və Bryansk vilayətlərində yaşayan vətəndaşlarına qeyri-sabit vəziyyətlə əlaqədar bu bölgələrdən çıxmağı tövsiyə edib.

Reyting.az
xəbər verir ki, müvafiq bəyanat Hindistanın Moskvadakı səfirliyinin saytında yerləşdirilib.

Hindistanlılara başqa bölgələrə müvəqqəti köçmək üçün imkanlar tapmaq təklif olunur.

“Bryansk, Belqorod, Kursk vilayətlərində baş verən son hadisələri nəzərə alaraq, Hindistan vətəndaşlarına lazımi ehtiyat tədbirləri görmələri və müvəqqəti olaraq bu bölgələrdən köçmələri tövsiyə olunur”, - məlumatda deyilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər