18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Nazarbayevin qardaşı oğlu azadlığa buraxılıb
Tarix: 16-08-2024 15:50 | Bölmə: Dünya
Nazarbayevin qardaşı oğlu azadlığa buraxılıb

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı şərti azadlığa buraxılıb.

Məlumata görə, bu barədə məhkəmə qərar verib.

Bildirilib ki, o dövlətə dəyən ziyanı ödəmək məqsədilə mülkiyyətindəki 1,4 milyard dollar dəyərində olan aktivləri və daşınmaz əmlakı dövlətə təhvil verib.

Dövlət əmlakının mənimsənilməsi və israfında günahlandırılaraq, 6 il müddətinə azadlıqdan məhrum edilən 54 yaşlı K. Satıbaldı cəzasının 3 il 3 ay 7 gününü azadlıqda tamamlayacaq.

Qərara əsasən, əgər daimi iş yeri olmazsa, o şərti azadlıqda olduğu hər il ərzində 100 saatlıq icbari əməyə cəlb ediləcək(APA).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib