18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Donetskdə ticarət mərkəzi vurulub, ölən və yaralananlar var - Foto
Tarix: 16-08-2024 17:44 | Bölmə: Dünya
Donetskdə ticarət mərkəzi vurulub, ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələri Donetskdə "Qalaktika" ticarət mərkəzini vurub. Nəticədə güclü yanğın başlayıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, hücum zamanı binada 100-dən çox insan olub, onların arasında uşaqların da olması mümkündür.

Yanğın sahəsinin 10 min kvadratmetrdən çox olduğu bildirilir.

İlkin məlumatlara görə, Ukraynanın hücumu nəticəsində biri yeniyetmə olmaqla qurbanların sayı 11 nəfərə çatıb.

İtkilər barədə ətraflı məlumat verilmir.

Əməliyyat şəraiti yanğının söndürülməsini çətinləşdirir.



“İzvestiya” müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat yanan “Qalaktika” ticarət mərkəzinin üzərindən uçur. İndi onu vurmağa çalışırlar.

Hərbi müxbir bildirib ki, atəş nəticəsində ticarət mərkəzinə ciddi ziyan dəyib, yalnız zirehli bankomat sağ qalıb. Dam uçub, kassalar yanıb.

Yayımlanan kadrlardan görünür ki, ticarət mərkəzindən demək olar ki, heç nə qalmayıb. Atışmanın 155 mm-lik artilleriya sistemlərindən istifadə edilərək həyata keçirildiyi iddia edilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib