18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Ukrayna ordusu Kurskda körpüləri dağıdır
Tarix: 16-08-2024 19:48 | Bölmə: Dünya
Ukrayna ordusu Kurskda körpüləri dağıdır

Ukrayna Silahlı Qüvvələri Rusiaynın Kursk vilayətində Seym çayı üzərindən daha bir körpünü dağıtmağa çalışır. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, avqustun 16-da da Ukrayna qoşunları Kursk vilayətində Seym çayı üzərində tikilmiş körpünü dağıdıblar.

Bildirlir ki, məlumat dərc olunan vaxtdan (Moskva vaxtı ilə 18:23) Ukrayna Silahlı Qüvvələri keçidə zərbələr endirir. Günün əvvəlindən eyni körpünün bir neçə dəfə atəşə tutulduğu qeyd olunur.

Xatırladaq ki, əvvəllər Seym üzərindən dağılmış körpünün fotoşəkilləri dərc olunmuşdu. Fotoşəkildə yol səthində eyni diametrli bir neçə dəlik göstərilir. Bəlkə də bunlar ukraynalıların istifadə etdiyi Amerika HIMARS MLRS raketlərinin zərbələrinin izləridir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib