18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
İstanbulda iş adamına hücum olub, ölən və yaralılar var - Foto
Tarix: 19-08-2024 08:58 | Bölmə: Dünya
İstanbulda iş adamına hücum olub, ölən və yaralılar var

İstanbulda fələstinli iş adamına sui-qəsd nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, hadisə gecə saat 23.30 radələrində qeydə alınıb.

Fələstinli biznesmen üç maskalı şəxsin hücumuna məruz qalıb. Səsboğucu tapançanın istifadə edildiyi hücumda biznesmen və mühafizəçisi yaralanıb, daha bir nəfər ölüb. Hücumu həyata keçirən şübhəlilər hadisə yerindən qaçıblar.

Hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib. Yaralılar təcili yardımla xəstəxanaya aparılarkən, polis təhlükəsizlik araşdırmalarına başlayıb. Fələstinli iş adamının durumunun ağır olduğu bildirilir.



Məsələ ilə bağlı İstanbul valiliyi açıqlama verib. Açıqlamada qeyd olunur:

“Bazar günü saat 22.30 radələrində Kağıthane rayonunda baş verən silahlı hücum nəticəsində xarici ölkə vətəndaşı A. K. (1994) öldürülüb, onun dostu, F. M adlı xarici vətəndaş ağır yaralanıb”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib