18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Britaniyalı diplomat istefa verib - Səbəb İsrailə silah satışıdır
Tarix: 19-08-2024 09:35 | Bölmə: Dünya
Britaniyalı diplomat istefa verib - Səbəb İsrailə silah satışıdır

İngiltərənin Dublindəki səfirliyinin diplomatı Mark Smit ölkəsinin İsrailə silah satışını davam etdirməsinə etiraz olaraq tutduğu vəzifədən istefa verib.

Reyting.az
-ın məlumatına görə, Smitin istefası ilə bağlı “X”-də dərc olunan məktubda Britaniya Xarici İşlər Nazirliyinin müharibə cinayətlərinə şərik olduğu iddia edilib.

Məktubda istefasından peşman olduğunu, lakin hərbi cinayətlərdə əməkdaşlıq edən bir qurumda işləyə bilmədiyini vurğulayan Smit yazıb ki, daha əvvəl nazirliyin Yaxın Şərq və Şimali Afrikaya silah ixracı lisenziyaları ilə bağlı bölmədə çalışıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib