18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Qəssam partlayışa görə məsuliyyəti üzərinə götürüb
Tarix: 19-08-2024 16:14 | Bölmə: Dünya
Qəssam partlayışa görə məsuliyyəti üzərinə götürüb

İsrail polisi və kəşfiyyatı paytaxt Tel-Əvivdə “partlayıcı qurğu daşıyan” 50 yaşlarında bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı partlayışın planlı hücum olduğunu açıqlayıb.

Reyting.az
“The Times of Israel”ə istinadla bildirir ki, polis və daxili kəşfiyyat agentliyi Şin Bet (Şabak) avqustun 18-də paytaxtda baş verən partlayışla bağlı ilkin araşdırmanı başa çatdırıb.

Partlayışla bağlı verilən birgə açıqlamada “partlayıcı qurğu”nun partlamasının planlaşdırılmış hücum olduğu bildirilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam Briqadaları Tel-Əvivdəki aksiyaya görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

“Qüds Briqadaları ilə birlikdə bazar günü axşam Tel-Əvivdə şəhidlik əməliyyatı təşkil etdik. Nə qədər ki, qətliamlar, mülki əhalinin köçürülməsi və sui-qəsd siyasəti davam edəcək, işğal altındakı bölgədə şəhidlik əməliyyatları geri qayıdacaq”,-deyə Qəssam briqadalarının yazılı açıqlamasında bildirilib.

İsrail tərəfi qeyd edib ki, “partlayıcı qurğu daşıyan” 50 yaşlarında olan şəxs ölüb, qəlpələrdən yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib