Etiraz aksiyası: Kamala Harrisə xəbərdarlıq ediblər - Foto
Tarix: 19-08-2024 16:20 | Bölmə: Dünya
Etiraz aksiyası: Kamala Harrisə xəbərdarlıq ediblər

Demokrat Partiyasının prezidentliyə namizədini rəsmən elan edəcəyi dörd günlük qurultayın başlamasına bir neçə saat qalmış Çikaqoda keçirilən etiraz aksiyasında nümayişçilər Kamala Harrisdən Qəzzada müharibəyə son qoymağı tələb ediblər.

Reyting.az
xəbər verir ki, Çikaqodakı Miçiqan prospektində toplaşan izdiham noyabrın 5-də keçiriləcək seçkilərdə vitse-prezident və Demokrat Partiyasının namizədi Kamala Harrisə və Demokrat Partiyasına İsrailin hücumlarının davam etdiyi Qəzzada müharibənin dayandırılması üçün mesaj göndərib.

Qeyd edilir ki, yürüş qarşıdurma baş vermədən sona çatıb.



ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib