18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
İsrailin hərbi texnikaları məhv edilib
Tarix: 20-08-2024 09:53 | Bölmə: Dünya
İsrailin hərbi texnikaları məhv edilib

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsrail ordusuna məxsus 5 hərbi maşına hücum edib.

Reyting.az
xəbər verir ki, Qəssam Briqadalarının məlumatına görə, İsrail ordusuna məxsus 3 tank, bir hərbi nəqliyyat vasitəsi və bir buldozer “Yasin-105” raketləri ilə vurulub.

İsrailin hərbi maşınları Rəfah şəhərinin qərbindəki Tel Sultan rayonunda idman meydançası yaxınlığında vurulub.

İsrail əsgərləri arasında ölən və yaralananlar barədə məlumat verilməyib.

Digər tərəfdən, Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunus şəhərlərinə sızan İsrail əsgərləri ilə Fələstin müqavimət qrupları arasında qarşıdurmalar davam edir.

Məsələ ilə bağlı İsrail ordusu açıqlama verməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib