18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
Türkiyədə yanğın törədən şəxs kameraya düşüb
Tarix: 20-08-2024 10:03 | Bölmə: Dünya
Türkiyədə yanğın törədən şəxs kameraya düşüb

Türkiyədə meşə yanğınları da daxil olmaqla təbii fəlakət davam edir.

Reyting.az
xəbər verir ki, Çanaqqalanın Bozcada rayonunda otlaq sahəsini yandıraraq qaçan şəxs təhlükəsizlik kameralarına düşüb.

Yanğın dünən saat 23:00 radələrində Bozcada Baytur məhəlləsində otluq ərazidə baş verib. Tüstünü görən ətrafdakı insanlar vəziyyəti yanğınsöndürmə briqadasına çatdırıb. Hadisə yerinə gələn qrupların müdaxiləsindən sonra alov böyümədən nəzarət altına alınıb. Yanğından sonra aparılan araşdırmalar zamanı bəlli olub ki, ərazini yandıran şəxs ətrafdakı anbarın təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda çəmənliyə od vuran şəxsin hadisə yerindən qaçdığı görünür. Polis və jandarma qrupları hadisəyə qarışan şübhəli və ya şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib