20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bryansk vilayətinə kütləvi PUA hücumu olub
Tarix: 21-08-2024 08:46 | Bölmə: Dünya
Bryansk vilayətinə kütləvi PUA hücumu olub

Ukrayna Silahlı Qüvvələri avqustun 20-də axşam və avqustun 21-də gecə saatlarında Rusiyanın Bryansk vilayətinə kütləvi terror hücumu həyata keçirib.

Reyting.az
xəbər verir ki, bunu Rusiya sərhəd bölgəsinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında bildirib.

A. Boqomaz qeyd edib ki, Bryansk vilayəti üzərində 23 pilotsuz təyyarə vurulub:

“Cəsur müdafiəçilərimizin peşəkarlığı sayəsində heç bir itki və dağıntı olmayıb, bütün hücumlar dəf edilib, bütün hədəflər məhv edilib!”.

Onu da qeyd edək ki, avqustun 21-nə keçən gecə Ukrayna Rusiyanın 5 regionuna 45 pilotsuz uçuş aparatı buraxıb. Müdafiə Nazirliyi bildirir ki, Moskva vilayəti üzərində 11, Bryansk üzərində 23, Belqorod üzərində 6, Kaluqa üzərində 3, Kursk üzərində 2 pilotsuz uçuş aparatı vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər