16:39 / 28-11-2024
Sabah qar yağacaq
Türk kəşfiyyatı terrorçuları zərərsizləşdirib - Foto
Tarix: 26-08-2024 09:29 | Bölmə: Dünya
Türk kəşfiyyatı terrorçuları zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-ya növbəti zərbəni endirib.

Reyting.az
xəbər verir ki, terror təşkilatının sözdə logistika menecerlərindən olan “Tekin Guyi” kod adlı Əbdülhəmid Kaparın Suriyanın Qamışlı şəhərində olduğu müəyyən edilib.

MİT-in Qamışlıda təşkil etdiyi əməliyyat zamanı Kapar zərərsizləşdirilib.



1992-ci ildə PKK/KCK-ya qoşulan Kapar İraqdakı fəaliyyətindən sonra 2018-ci ildə Suriyaya keçib. Daxili İşlər Nazirliyinin “Terror cinayətindən axtarılanlar” siyahısında “yaşıl” kateqoriyasında olan Kaparın 1992-ci ildə Şırnakın Uludere rayonunda Taşdelen Jandarma Bölməsinə qarşı 26 əsgərin şəhid olduğu xain hücumu təşkil etdiyi öyrənilib.

Türkiyə Milli Müdafiə Nazirliyi isə bəyan edib ki, İraqın şimlında 11 PKK terrorçusu məhv edilib. Nazirliyin sosial media hesabından verilən açıqlamada deyilir:

“İraqın şimalındakı Asos və Clav-Lock əməliyyatı bölgələrində 11 PKK terrorçusu zərərsizləşdirilib. Buna paralel olaraq PKK-ya aid dronlar Türkiyə Silahlı Qüvvələrinin ünsürləri tərəfindən vurulub”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər