20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Türkiyə Milli Müdafiə Nazirliyi Bəşər Əsədə cavab verib
Tarix: 29-08-2024 15:05 | Bölmə: Dünya
Türkiyə Milli Müdafiə Nazirliyi Bəşər Əsədə cavab verib

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyadakı mövcud Bəşər Əsəd rejiminə cavab verib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

O, bildirib ki, Türkiyənin Suriyadakı mövcudluğu bu dövlətin ərazi bütövlüyünün qorunması və orada terror dəhlizinin yaranmasının qarşısının alınması ilə bağlıdır: “Biz terror təşkilatlarının at oynatdığı yox, demokratik, sabit Suriya görmək istəyirik. Prezidentimiz hər cür dialoqa hazır olduğunu bildirib. Bizim Suriya ilə bağlı mövqeyimiz konkretdir”(Report)

Qeyd edək ki, daha əvvəl B.Əsəd Türkiyə ilə dialoqdan imtina etdiyini bildirmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər