20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Əfqanıstanda güclü zəlzələ olub
Tarix: 29-08-2024 15:13 | Bölmə: Dünya
Əfqanıstanda güclü zəlzələ olub

Bu gün Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində zəlzələ baş verib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10.26-da qeydə alınan 5,4 bal gücündə zəlzələnin episentri Bədəxşanın Eşkaşım rayonuna təsadüf edib.

Yerin 224 kilometr dərinliyində baş verdiyi açıqlanan zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilmir.

Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub.

Onu da qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər