13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İraq hərbçiləri Kərkükdə türk təyyarəsini vurub
Tarix: 29-08-2024 17:45 | Bölmə: Dünya
İraq hərbçiləri Kərkükdə türk təyyarəsini vurub

İraqın hava hücumundan müdafiə qüvvələri cümə axşamı səhər Kərkükün şimalında Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.

Reyting.az
-ın “Associated Press”-ə istinadla verdiyi məlumata görə, hava hücumundan müdafiə komandirinin müavini briqada generalı Əbdül Salam jurnalistlərə deyib ki, pilotsuz təyyarə Süleymaniyyə istiqamətindən gəlib və İraqın hava məkanına daxil olub.

Onun sözlərinə görə, bu, İraq Hərbi Hava Qüvvələri tərəfindən Kərkükün Çipman bölgəsində vurulan türk pilotsuz təyyarəsi olub.

İraq Hərbi Hava Qüvvələrinin yaydığı açıqlamada qeyd olunur ki, pilotsuz uçan aparat “protokol üzrə” xəbərdarlıq alıb, daha sonra hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Açıqlamada dronun yaşayış binasının üzərinə düşdüyü və bunun yalnız maddi ziyana səbəb olduğu bildirilib.

Dronun qalıqlarına baxış nəticəsində onun Türkiyə tipli olduğu müəyyən edilib.

Türkiyə rəsmiləri hələlik məsələyə şərh verməyiblər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər