20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Avropalı nazirlər Rusiyaya endiriləcək zərbələri müzakirə ediblər
Tarix: 30-08-2024 00:59 | Bölmə: Dünya
Avropalı nazirlər Rusiyaya endiriləcək zərbələri müzakirə ediblər

Avqustun 29-da Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Ukrayna qoşunlarının Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə ediblər.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozef Borrell danışıb.

C. Borrell deyib ki, Ukraynaya tədarük edilən silahların çeşidinə qoyulan məhdudiyyətlərin aradan qaldırılma imkanları da müzakirə predmeti olub.

Nəticə budur ki, bu, ayrı-ayrı dövlətlərin qərarıdır və onların hər biri müvafiq hesab etdiyi qərarı verməlidir.

C. Borrellin sözlərinə görə, Avropa İttifaqının bəzi üzv ölkələri Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmir, “buna görə də bu, onların praktiki iştirakının olduğu qərar deyil”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər