20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Moldova NATO-ya görə neytrallıqdan imtina edə bilər
Tarix: 30-08-2024 08:38 | Bölmə: Dünya
Moldova NATO-ya görə neytrallıqdan imtina edə bilər

“Moldova hakimiyyəti ölkənin NATO-ya üzv olması üçün neytrallıqdan imtina edə bilər”.

Reyting.az
xəbər verir ki, bu barədə “Pobeda” müxalifət blokunun lideri İlan Şor yerli qəzetlərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Moldova səlahiyyətliləri konstitusiyanı sadə qanunla və ya nəzarət edilən Konstitusiya Məhkəməsi vasitəsilə dəyişdirə biləcəklərini artıq sübut ediblər. “Amma ən pisi odur ki, qanunu dəyişməsə də, NATO generalları bizim evimizdə, hərbçilərimizin ətrafında dolaşırlar. Bizə texnika gətirilir, davamlı olaraq hərbi təlimlər keçirilir”, - İlan Şor əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər