20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Liviyada gərginlik: neft və qaz hasilatı dayandırılıb
Tarix: 30-08-2024 09:34 | Bölmə: Dünya
Liviyada gərginlik: neft və qaz hasilatı dayandırılıb

Liviya Milli Neft Şirkəti Nümayəndələr Palatası (HOR) neft və qaz quyularını hasilata bağladığı 3 gün ərzində 120 milyon dollardan çox zərər görüb.

Reyting.az
xəbər verir ki, Liviyanın şərqində HOR-un təyin etdiyi hökumət Mərkəzi Bankın idarəçiliyi ilə bağlı fikir ayrılıqları səbəbindən avqustun 26-da bütün neft yataqlarında, limanlarda və qurumlarda “fors-major” elan edib. Həmçinin hasilatı və ixracı dayandırmaq qərarını açıqlayıb.

Liviya Mərkəzi Bankı avqustun 18-də İnformasiya Texnologiyaları üzrə menecer Musab Müslümün oğurlanması səbəbindən bütün əməliyyatlarını dayandırıb.

Liviya Prezident Şurası avqustun 18-də bildirib ki, Liviya Mərkəzi Bankının yeni prezidentinin seçilməsi və yeni idarə heyətinin yaradılması ilə bağlı qərarın qüvvəyə minməsinə yekdilliklə razılıq verilib. Açıqlamada bu qərarın ölkədə maliyyə-iqtisadi sabitliyin təmin edilməsi, Mərkəzi Bankın üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi, maliyyə xidmətlərinin davamlılığının təminatı məqsədilə qəbul edildiyi vurğulanıb.

Onu da qeyd edək ki, Nümayəndələr Palatası avqustun 19-da Liviya Prezident Şurasının qəbul etdiyi qərarı rədd etdiyini açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər