13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Təyyarədə qışqıran körpəni tualetdə saxlayıblar
Tarix: 30-08-2024 13:28 | Bölmə: Dünya
Təyyarədə qışqıran körpəni tualetdə saxlayıblar

Çinin cənub-qərbindəki Quiyang şəhərindən Şanxaya uçan təyyarədə olan iki sərnişin başqasının yüksək səslə ağlayan körpəsini tualetə salaraq qapını bağlayıblar.

Reyting.az
-ın məlumatına görə, hadisə avqustun 24-də Juneyao Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib.

Sərnişin Qou Tinqtinq qız uşağını tualetə aparıb və bu əməlini qışqırıqlardan əziyyət çəkən insanlara “kömək etmək” istəyi ilə izah edib. Başqa bir qadın isə uşağa ağlamağı dayandırdıqda tualetdən çıxa biləcəyini söyləyib.

Aviaşirkət bildirib ki, bir yaşlı qızın nənəsi sərnişinlərə uşağa qarşı bu hərəkətə icazə verib. O, şəfqətinin olmaması və uşağa qarşı zorakılığına görə tənqid edilib. Amma cavab olaraq bildirib ki, bəzi sərnişinlər səs-küydən yayınmaq üçün təyyarənin arxasına keçmək məcburiyyətində qalıb, bəziləri isə qulaqlarını salfetlə bağlayıb.

“Mən, körpəni sakitləşdirmək və hər kəsə fasilə vermək istədim”, - deyə uşağın nənəsi bildirib.

LEYLA




Bölməyə aid digər xəbərlər