20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Şəhərə daxil olan İsrail ordusunun əsgərləri pusquya düşüb - Foto
Tarix: 02-09-2024 09:43 | Bölmə: Dünya
Şəhərə daxil olan İsrail ordusunun əsgərləri pusquya düşüb

İsrail İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücum edərək şəhərin 80 faizini dağıdıb. Təxminən 135 milyon dollarlıq dağıntıya səbəb olan İsrail tərəfi əsas yolları, su xətlərini, elektrik şəbəkələrini və infrastrukturu ciddi ziyan vurub.

Reyting.az
bildirir ki, mücahidlər Ceninə hücum edən İsrail əsgərlərinə şiddətlə cavab verib, çox sayda pusquda ölən və yaralanan İsrail əsgərləri üçün bir-birinin ardınca təcili yardım vertolyotları göndərilib.

Qüds Briqadaları Cenin şəhərinə hücum edən İsrail ordusunun ağır itkilər verdiyini açıqlayıb. İddiaya görə, əlbəyaxa döyüşə girən Qüds Briqadaları 3 pusqu quraraq 15 partlayıcıdan istifadə etməyi bacarıblar.



İordan çayının qərb sahilində ciddi silah-sursat istehsalına sahib olduqlarını vurğulayan Qüds Briqadalarının açıqlamasında deyilir: “Cenin batalyonunda olan döyüşçülərimiz də on beşdən çox partlayıcını işə salmağı bacarıb. Bu da düşmən maşınları və əsgərləri arasında ciddi itkilərə səbəb olub. Bizim döyüşçülər üç kritik pusquda düşmən əsgərlərini tələyə salıb”.

İzzəddin əl-Qəssam Briqadaları da İordan çayının qərb sahilində varlığını nümayiş etdirməyə başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər