20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Rus ordusu Pokrovski istiqamətində irəliləyir
Tarix: 02-09-2024 10:42 | Bölmə: Dünya
Rus ordusu Pokrovski istiqamətində irəliləyir

Pokrovskinin tutulması Ukrayna Silahlı Qüvvələrinin regionun qalan hissəsində müdafiəsini sarsıda bilər. Çünki Pokrovski Kramatorsk və Konstantinovkaya nəqliyyat yoludur, mərkəzi Ukrayna ilə avtomobil əlaqəsini təmin edir.

Reyting.az
xəbər verir ki, bunu “Financial Times” nəşri Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazıb.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri Pokrovskinin 10 kilometrliyindədir, lakin daha çox məskunlaşmış ərazilərə yaxınlaşdıqca onların irəliləməsi ləngiyə bilər. Rus ordusu Selidovoda görünüb və buna paralel olaraq minlərlə insan artıq Pokrovskini tərk edib.

Qeyd olunur ki, Moskvanın Donbasdakı qüvvələrini saxlamaq qərarı rusların Ukrayna qoşunlarını öz ərazilərindən çıxara bilməməsinin səbəblərindən biridir.

Müharibə Araşdırmaları İnstitutu bildirir ki, Rusiya komandanlığı Pokrovsk və Toretsk ətrafındakı cəbhə bölgələrindən döyüşə hazır birləşmələri geri çəkməkdə istəksizdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər