13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Almaniyadakı seçkilərdə nasistlər qalib gəlib
Tarix: 02-09-2024 10:57 | Bölmə: Dünya
Almaniyadakı seçkilərdə nasistlər qalib gəlib

Türingiya və Saksoniya əyalətlərinin sakinləri 2025-ci ilin sentyabrında Almaniyada keçiriləcək federal parlament seçkiləri öncəsi sandıq başına gəlib.

Reyting.az
Almaniya mətbuatına istinadla xəbər verir ki, Türingiya əyalətində keçirilən “exit-polllar”ın nəticələrinə görə, parlamentdə səs çoxluğunu ifrat sağçı AfD qazanıb.

Məlumatlara görə, AfD Türingiya əyalətində 31 faiz səslə birinci olub. Beləliklə, Almaniyada İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq əyalət parlamenti seçkilərində ifrat sağçı partiya qalib gəlib.

Saksoniyada AfD-nin təxminən 30 faiz səs topladığı və Xristian Demokratlardan (CDU) sonra ikinci yerdə olduğu bildirilir.

Beləliklə, seçkiqabağı sorğular öz təsdiqini tapmış kimi görünür. Hər iki ştatda hökumətə və baş nazir Olaf Şoltsun siyasətlərinə böyük reaksiyanın olduğu bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər