20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyada daha bir generalı qandallayıblar
Tarix: 02-09-2024 16:41 | Bölmə: Dünya
Rusiyada daha bir generalı qandallayıblar

Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin müavini general-mayor Valeri Mumincanovu saxlayıb. General-mayor geyim formasının tədarükü üçün müqavilələrin bağlanmasına görə 20 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Bildirilir ki, İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumincanov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə (xüsusən külli miqdarda rüşvət almaqda) cinayət işi açıb.

M. Mumincanov hazırda saxlanılıb və barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər