13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Metro qatarındakı atışmada 4 nəfər ölüb
Tarix: 03-09-2024 07:51 | Bölmə: Dünya
Metro qatarındakı atışmada 4 nəfər ölüb

Çikaqoda metro qatarında atışma nəticəsində 4 nəfər həlak olub.

Reyting.az
xəbər verir ki, Çikaqo Tranzit Təşkilatının Mavi Xəttində yüksək stansiya olan “Forest Park”da üç nəfər hadisə yerində həyatını itirib. Dördüncü zərərçəkən xəstəxanada dünyasını dəyişib.

Polis bildirib ki, şübhəli qaçsa da, başqa marşrutla hərəkət edən qatarda tutulub.

“Fores Park” stansiyasının rəis müavini Xris Chin jurnalistlərə deyib ki, cinayətdə istifadə olunan silah tapılıb.

Çikaqo Tranzit İdarəsi bildirib ki, müşahidə videosu müstəntiqlərə “vacib yardımçı olub”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər