20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
İsrailin baş nazirinə hədə-qorxu gəliblər
Tarix: 03-09-2024 09:32 | Bölmə: Dünya
İsrailin baş nazirinə hədə-qorxu gəliblər

İsrailin baş naziri Binyamin Netanyahunun Qəzza zolağında əsirləri mübadilə etmək razılaşması əvəzinə hərbi təzyiq yolu ilə xilas etməkdə israrlı olması əsirlərin evlərinə tabutlarda göndərilməsi deməkdir.

Reyting.az
xəbər verir ki, bunu Qəssam Birqadalarının sözçüsü Əbu Ubeydə deyib.

Sözçü “Telegram”da bildirib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində 6 israilli məhbusun öldürülməsinə görə baş nazir Netanyahu və İsrail ordusu məsuliyyət daşıyır.

Netanyahu və ordusunu öz maraqları naminə əsir mübadiləsi razılaşmasına mane olmaqda ittiham edən Əbu Ubeyde bildirib ki, İsrail ordusunun hava zərbələri ilə onlarla məhbus qəsdən öldürülüb.

Ə. Ubeyde deyib ki, Netanyahunun sövdələşmə yerinə əsirləri hərbi təzyiq yolu ilə xilas etməkdə israrlı olması onların tabutlarda ailələrinin yanına qayıdacağı deməkdir: “Seçim ya ölüm, ya da diri olacaq. Əsirlərin qorunması ilə bağlı məsul şəxslərə yeni göstərişlər verilib. Bu göstərişlər ordunun onlara yaxınlaşması ilə əlaqədardır”.

Qeyd edək ki, İsrail ordusu dünən Qəzza zolağının Rəfah şəhərində tuneldə 6 israilli məhbusun cəsədinin tapıldığını açıqlayıb.
HƏMAS 6 israilli məhbusun Amerika silahları ilə Fələstin xalqını qətlə yetirən İsrailin bombardmanı nəticəsində öldüyünü bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər