20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Böyük Britaniyanın qərarı İsraili məyus edib
Tarix: 03-09-2024 10:41 | Bölmə: Dünya
Böyük Britaniyanın qərarı İsraili məyus edib

Böyük Britaniya bəzi silahların İsrailə satışını dayandıracaq.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri David Lammi İngiltərə parlamentindəki çıxışında deyib.

Onun sözlərinə görə, ölkəsi İsrailə verdiyi silah ixracı lisenziyalarının bir hissəsini dayandırmaq istəyir.

Bu qərar Britaniyanın silah ixracı lisenziyalarının beynəlxalq humanitar hüququn ciddi pozuntularını törətmək və ya asanlaşdırmaq üçün istifadə oluna biləcəyinə dair açıq bir risk olduğunu müəyyən edən araşdırmadan sonra verilib.

Nazir 350 lisenziyadan təxminən 30-nun dayandırılacağını bildirib:

“Belə bir qarşıdurma zamanı İngiltərənin ixrac lisenziyalarını nəzərdən keçirmək hökumətin qanuni vəzifəsidir. Bu, nə ümumi bir qadağa, nə də silah embarqosu deyil”.

İsrailin beynəlxalq humanitar hüququ pozub-pozmadığını arbitraj etmədiklərini və edə bilməyəcəklərini vurğulayan Lammi qeyd edib ki, bu, təqsirsizlik və ya günahkarlıq təsbiti deyil, gələcəyə hesablanmış bir qiymətləndirmədir.

İsrail Xarici İşlər Nazirliyinin qiymətləndirməsində bildirilir ki, Londonun bu qərarı onları məyus edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər