20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Hökumət başçısı partiyaları AfD-yə qarşı birləşməyə çağırıb
Tarix: 03-09-2024 12:25 | Bölmə: Dünya
Hökumət başçısı partiyaları AfD-yə qarşı birləşməyə çağırıb

Bir gün əvvəl keçirilən əyalət seçkilərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası Türingiyada birinci, Saksoniyada ikinci olduqdan sonra Almaniya kansleri Olaf Şolts əsas partiyaları “sağçı ekstremistlərə” qarşı birləşməyə çağırıb.

Reyting.az
xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra Almaniyada ilk dəfə bir ifrat sağçı partiya əyalət parlament seçkilərində birinci yeri tutur.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts nəticələri “ağrılı” və “narahatedici” sayır. Bu səbəbdən də o, siyasi partiyaları hər iki ştatda ittifaqlar yaratmağa çağırıb.

“Ölkəmiz buna alışa bilməz və etməməlidir. Çünki AfD Almaniyaya zərər verir. Bu, iqtisadiyyatı zəiflədir, cəmiyyəti parçalayır və ölkəmizin reputasiyasını məhv edir”, - Şolts deyib.

Onu da qeyd edək ki, Saksoniya və Türingiyadakı nəticələr Şoltsun lideri olduğu Sosial Demokrat Partiyasının (SPD) və federal hökumətdəki üç hakim partiya üçün fəlakətli olub. Hakim partiyalar, o cümlədən SPD, Almaniyanın növbəti ümumi seçkilərinə cəmi bir il qalmış hər iki ştatda birrəqəmli səs faizləri alıb.

Türingiya və Saksoniyada keçirilən seçkilərdən sonra sentyabrın 22-də Brandenburq əyalətində seçkilər keçiriləcək. Bu üç ştatda seçkilərdə hökuməti formalaşdıran SPD, Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) aldığı səs payı koalisiyanın gələcəyinə də təsir edəcək.

Digər tərəfdən, Almaniyada həm müxalifət, həm də koalisiya tərəfdaşları tərəfindən hökumət və SPD-yə qarşı ağır tənqidlər var. CSU (Xristian Sosial Birliyi) Bavariya Ştat Parlament Qrupunun sədri Klaus Holetçek Olaf Şoltsu erkən seçkilərin keçirilməsinə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər