09:19 / 05-11-2024
ABŞ-da seçki başlayır
Baş nazir siyasi qüvvələri birliyə səsləyir - "Brexit" ilə əlaqədar
Tarix: 17-01-2019 08:23 | Bölmə: Dünya
Baş nazir siyasi qüvvələri birliyə səsləyir

Britaniyanın baş naziri Tereza Mey etimadsızlıq üzrə səsvermədən sonra bildirib ki, Krallığın siyasi qüvvələri birləşməli və "Brexit" ilə əlaqədar hərəkət variantlarını müzakirə etməlidirlər.

Bu barədə "Reuters" məlumat yayıb.

Daha əvvəl Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib. Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış "Brexit" sazişini dəstəkləməyib. Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.




Bölməyə aid digər xəbərlər