16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Xarkova kütləvi hücum olub
Tarix: 22-04-2025 16:40 | Bölmə: Dünya
Xarkova kütləvi hücum olub

Rusiya ordusu "Şahed" tipli dronlarla ilə Ukraynanın Xarkov bölgəsinə kütləvi hücum həyata keçirib.

Reyting.az
xəbər verir ki, hücum nəticəsində xəsarətlər alanlar var.

Xarkov meri İqor Terexov və Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov faktı təsdiq ediblər.

Terexov qeyd edib ki, Xarkovun dörd rayonu vurulub.

"İlkin hesablamalara görə, şəhərə 12 zərbə endirilib. Bəzi yerlərində yanğınlar var. Hücum davam edir", - Terexov bildirib.

Sinequbov isə deyib ki, saat 13:40 radələrində şəhərin Kiyevski rayonunda yol örtüyünün vurulması qeydə alınıb. Atışma nəticəsində avtomobil yanıb. İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib