Rusiya üzərində daha 102 PUA vurulub
Tarix: 10-06-2025 08:52 | Bölmə: Dünya
Rusiya üzərində daha 102 PUA vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkənin bölgələri üzərində Ukraynaya məxsus 102 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və yaxud məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iyunun 9-u Moskva vaxtı ilə saat 21:50-dən 10 iyun Moskva vaxtı ilə saat 05:50-dək olan müddətdə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 102 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib