Körfəz ölkələrinin radiasiya fonunda dəyişiklik yoxdur
Tarix: 22-06-2025 08:42 | Bölmə: Dünya
Körfəz ölkələrinin radiasiya fonunda dəyişiklik yoxdur

ABŞ tərəfindən İranın nüvə obyektlərinə zərbələr vurulduqdan sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial şəbəkədəki bəyanatında deyilir.

“Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”,- tənzimləyici qurum bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.

Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.(Report)




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub