İranın nüvə obyektlərindən radiasiya sızır?
Tarix: 23-06-2025 00:20 | Bölmə: Dünya
İranın nüvə obyektlərindən radiasiya sızır?

İran tənzimləyiciləri ölkənin üç nüvə obyektinə ABŞ tərəfindən edilən hücumlardan sonra ərazilərdən kənarda radiasiya səviyyəsinin artmadığını bildiriblər.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bəyan edib.

"İran tənzimləyiciləri MAQATE-ni məlumatlandırıblar ki, İranın üç nüvə obyektinə son hücumlardan sonra ərazilərdən kənarda radiasiya səviyyəsi artmayıb", - bəyanatda deyilir.

Onu da qeyd edək ki, R. Qrossi Amerikanın İranın nüvə obyektlərinə hücumu ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında hərbi eskalasiyanın insanların həyatını təhdid etdiyini və İranın nüvə silahı əldə etməməsi üçün diplomatik həll yollarını ləngitdiyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub