18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
ABŞ yeni sanksiya tətbiqinə başlayır
Tarix: 25-07-2025 09:13 | Bölmə: Dünya
ABŞ yeni sanksiya tətbiqinə başlayır

Cümə axşamı ABŞ Maliyyə Nazirliyi sanksiyalara məhəl qoymayaraq Şimali Koreyaya vəsait köçürmək üçün sxem yaratmaqda ittiham olunan bir quruma və üç şəxsə qarşı sanksiyalar tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bəyanatında deyilir.

ABŞ sanksiyaları Şimali Koreyanın “Korea Sobaeksu Trading Company” şirkəti və onun ABŞ və BMT sanksiyalarından yayınmaqda iştirak edən üç nümayəndəsinə qarşıdır.

Bildirilir ki, həmin şəxslər “xüsusən də İT işçilərindən istifadə edərək fırıldaq sxemləri vasitəsilə” KXDR hökuməti üçün gizli şəkildə gəlir əldə etməyə çalışıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər