18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Almaniya Ukrayna üçün 340 milyon dollar ayırıb
Tarix: 25-07-2025 13:35 | Bölmə: Dünya
Almaniya Ukrayna üçün 340 milyon dollar ayırıb

Almaniyanın “HENSOLDT” silah şirkəti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 340 milyon avrodan çox dəyərində radarların verilməsi barədə sifariş alıb.

Reyting.az
alman mediasına istinadla bildirir ki, bu barədə “HENSOLDT”-nin bəyanatında deyilir.

Qeyd olunur ki, sifarişə “TRML-4D” və “SPEXER 2000 3D MkIII” radarları daxil olacaq.

“Ukraynanın səmadan müdafiəsi bizim yüksək məhsuldar radarlarımıza təcili ehtiyac duyur. Rusiyanın təcavüzkar müharibəsi başlayandan bəri bir neçə radar Ukraynanı qoruyur. Radarlar vətəndaşların müdafiəsi üçün son dərəcə vacibdir”, - “HENSOLDT” şirkətinin baş direktoru Oliver Gyorre bildirib.

“Defense Express”in analitiklərinin yazdığı kimi, “TRML-4D” radarı “İris-T SLM” zenit-raket kompleksinin bir hissəsidir və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün artıq bir neçə dəfə sifariş olunub. O, 250 km-ə qədər məsafədə 1500-ə qədər hədəfin izlənilməsini təmin edir.

Bu radarlar bütün növ hava hədəflərini tez bir zamanda aşkarlamaq, izləmək və təsnif etmək qabiliyyətinə malikdir.

Öz növbəsində, “Spexer 2000 MkIII” Almaniyanın “Rheinmetall” şirkətinin “Skyranger 30” zenit-artilleriya sisteminin tərkib hissəsidir.

“Radarın özü spektral avtomatik hədəf təsnifatına malik X diapazonlu impulslu “Doppler” radarıdır. O, hücum dronlarını aşkar etmək üçün çox yaxşıdır”, - qeyd edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər