Ağ ev jurnalistdən xahiş edib ki, Makrondan əl çəksin
Tarix: 05-08-2025 08:10 | Bölmə: Dünya
Ağ ev jurnalistdən xahiş edib ki, Makrondan əl çəksin

Fransa prezidenti Emmanuel Makron Vaşinqtona səfəri zamanı ABŞ lideri Donald Trampdan ona təsir göstərərək Makronun həyat yoldaşı Bricitin keçmişi barədə danışmağı dayandırmasını xahiş edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, amerikalı jurnalist Kandayc Ouens olay barədə “YouTube”-da Taker Karlsona danışıb.

“Fransa lideri ilə Ağ evdəki danışıqlardan sonra Trampın yaxın adamlarından biri mənə zəng edərək Bricitin cinsini dəyişməsi, transgender olması ilə bağlı araşdırmamı dayandırmağımı istədi”,- deyə Ouens danışığı ictimailəşdirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər