14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Rusiya və Çin 20-dən çox əməkdaşlıq sənədi imzalayıb
Tarix: 02-09-2025 13:41 | Bölmə: Dünya
Rusiya və Çin 20-dən çox əməkdaşlıq sənədi imzalayıb

Pekində Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən danışıqların yekunları üzrə Pekin və Moskva arasında enerji, süni intellekt və digər sahələrdə əməkdaşlığa dair 20-dən çox sənəd imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə TASS agentliyi Çin mərkəzi televiziyasına istinadla məlumat yayıb.

İmzalanmış sənədlər aerokosmik sənaye, kənd təsərrüfatı, səhiyyə, elmi tədqiqatlar, təhsil və media kimi sənaye sahələrinə də aiddir.

Bundan əvvəl Pekində Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putin arasında danışıqlar aparılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər