14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib
Tarix: 02-09-2025 14:59 | Bölmə: Dünya
Ukrayna ordusu yaşayış məntəqəsini azad edib

Ukrayna ordusunun “Skala” alayı Donetsk vilayətinin Udaçnoye kəndini işğaldan azad edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

“Birbaşa təmasda və silah dəstəyi ilə düşmənin bütün dayaq məntəqələri məhv edilib. İki həftə ərzində hücum qrupları tədricən evdən-evə təmizləyərək kəndin üzərində Ukrayna bayrağını qaldırıb”,- Baş Qərargah qeyd edib.



Qeyd edək ki, Ukrayna ordusu kəndin üzərində bayrağın qaldırıldığını əks etdirən videonu, eləcə də Rusiya mövqeyinin qumbaraatanla məhv olunduğunu əks etdirən kadrları paylaşıb.

Udaçnoye kəndi Pokrovskdan cənub-qərbdə, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədi yaxınlığında yerləşir.

Bundan əvvəl Baş Qərargah Donetsk vilayətinin Pokrovski rayonunun Novoekonomiçnoe kəndinin Ukrayna tərəfindən azad edilməsi barədə məlumat yayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər