17:18 / 03-09-2025
Saxta domenlər bloklanıb
Merz: Putin hərbi cinayətkardır!
Tarix: 03-09-2025 16:30 | Bölmə: Dünya
Merz: Putin hərbi cinayətkardır!

Almaniya kansleri Fridrix Merz ilk dəfə Rusiya prezidenti Vladimir Putini açıq şəkildə "hərbi cinayətkar" adlandırıb. Bu barədə "Sat.1" telekanalı məlumat yayıb.

Reyting.az
-ın məlumatına görə, Merz müsahibəsində deyib ki, Putin hərbi cinayətkardır: “Ola bilsin, o, həm də, dövrün ən ciddi hərbi cinayətkarlarından biridir. Biz də, hərbi cinayətkarlarla necə davranmalı olduğumuzu anlamalıyıq. Burada güzəştə getmək olmaz".

Bu müsahibə ilə bağlı "Der Spiegel" nəşri yazıb ki, kansler vəzifəsinə başladıqdan sonra Merz artıq Rusiyanı "ən ağır hərbi cinayətlərdə" ittiham edib. Lakin bununla belə, Almaniya kansleri heç vaxt şəxsən Putini bu statusla adlandırmamışdı.

Merz həmçinin vurğulayıb ki, Rusiyanın dövlət başçısı kimi Putin əslində atəşkəs üçün də heç bir səbəb görmür. Almaniya kanslerinin sözlərinə görə, məhz elə buna görə də, əsas məqsədə nail olmaq üçün Avropa Rusiyanın "iqtisadi tükənməsinə" şərait yaratmalıdır. O, xüsusən də Rusiya ilə ticarətini davam etdirən ölkələr üçün rüsumların tətbiqini təklif edib.

Kremlin sözçüsü Dmitri Peskov isə Merzə cavabında deyib: "Son saatlar ərzində çoxlu xoşagəlməz bəyanatlar verib. Məhz bu səbəbdən də onun fikirlərini hazırda nəzərə almaq çətin olar".

Fridrix Merz müsahibə zamanı Ukrayna məsələsinə də toxunub. Kansler daha sonra Cenevrə şəhərini Rusiya–Ukrayna müharibəsinin həlli üzrə danışıqlar üçün platforma kimi təklifini şərh edib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər