Rusiya tankeri Avropaya dron hucumunda şübhəli bilinir - Yenilənib
Tarix: 02-10-2025 08:28 | Bölmə: Dünya
Rusiya tankeri Avropaya dron hucumunda şübhəli bilinir

Fransa hərbi qulluqçuları Rusiyanın “kölgə donanması”na aid tankerə minərək onun iki ekipaj üzvünü həbs ediblər.

Reyting.az
Britaniyanın “Telegraph” nəşrinə istinadla bildirir ki, Fransa sahilləri yaxınlığında dayanan gəminin Danimarka üzərində son dron uçuşlarına qoşulduğu iddia edilir.

Danimarka hücumları kritik infrastruktura “son dərəcə ciddi hücum” adlandırıb, hava nəqliyyatını pozaraq və Kopenhagen hava limanını bağlamağa məcbur edib. Rusiya isə öz növbəsində dron hücumunda iştirakını inkar edir.

Qeyd edək ki, Benin bayraqlı tanker sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft gəmilərindən ibarət “kölgə donanması”nın bir hissəsi kimi Avropa İttifaqı tərəfindən “qara siyahı”ya salınıb. Fransa prezidenti Emmanuel Makron bildirib ki, tanker “ciddi qanun pozuntularına” görə araşdırılır.

“Wall Street Journal” yazır ki, tanker Rusiyanın Primorsk limanından Hindistana gedirmiş. Gəmi Biskay körfəzindən cənuba doğru istiqamət götürdüyü halda sonra şərqə dönüb, Avropanın ən böyük gəmiqayırma zavodunun yerləşdiyi Sen-Nazaire istiqamətinə yönəlib.

Gəmi Danimarka yaxınlığında olarkən eyni vaxtda, yəni sentyabrın 22-də axşam saatlarında dron hücumları olub. Bu isə müstəntiqlərin şübhələrini artırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər