Əməkdar artist Cabir İmanov dünyasını dəyişib - Yenilənib
Tarix: 29-09-2025 14:29 | Bölmə: Xəbərlər
Əməkdar artist Cabir İmanov dünyasını dəyişib

Əməkdar artist Cabir İmanov vəfat edib.

Reyting.az
xəbər verir ki, C. İmanov bu gün infarkt keçirərək dünyasını dəyişib.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

***

Bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.


Bu barədə TƏBİB-dən bildiriblər.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.




Bölməyə aid digər xəbərlər