Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
Tarix: 02-10-2025 07:13 | Bölmə: Mədəniyyət
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar

Danimarkalı aktyor, Hollivud filmlərində də bir çox rolları ilə məşhurlaşan Mads Mikkelsen hazırda İspaniyada çəkilişləri davam edən yeni elmi-fantastik və triller janrında lentə alınacaq "E.M.I" adlı filmdə rol alacaq.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, yeni ekran əsərində aktyorun tərəf-müqabili məşhur aktrisa Diana Kruqer olacaq.

Süjetə görə, qəza nəticəsində naməlum planetə düşən astronavt (Mikkelsen) sağ qalmaq üçün mübarizə aparmalı olur. Onun bu yad dünyada yeganə köməkçisi kvant süni intellekti, yəni şərti adı "E. M. İ." olan istiqamətçidir (Kruger).

Yeni filmin rejissoru debütant Fernando Surmanadır. Rejissor yeni layihə barədə danışanda daha bir məqamı qeyd edib. Surmana bildirib ki, "biz sadəcə, sağ qalmaq barədə film yox, həm də şəxsi kosmik odisseya yaratmağa çalışırıq".

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər