Kreml Trampın Rusiya ilə bağlı dediklərinə reaksiya verib
Tarix: 24-09-2025 13:40 | Bölmə: Dünya
Kreml Trampın Rusiya ilə bağlı dediklərinə reaksiya verib

Kreml ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı işlətdiyi ifadələrə reaksiya verib.

Reyting.az
bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov Trampın Rusiyanı “kağız pələng” kimi tənqid etməsinə “Rusiya ayı ilə eyniləşdirilib, “kağız ayı” deyə bir şey yoxdur”,- şəklində cavab verib.

Peskov Putinin Trampın Ukraynada həll yolu axtarışına müsbət baxdığını, Trampın isə Moskvanı müharibədə uğursuzluğa düçar etməkdə ittiham etdiyini bildirib.

Peskov deyib ki, Rusiya həmişə ayı ilə eyniləşdirilib və “kağız ayı” deyilən bir şey yoxdur.

Peskov bəyan edib ki, Putin Trampın Ukrayna müharibəsinə həll yolu tapmaq istəyini yüksək qiymətləndirir, belə bir kompromis ABŞ və Rusiya arasında münasibətlərin canlanmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Donald Tramp Avropanı Rusiya nefti və qazının idxalını dayandırmağa çağırıb. O, ABŞ-nın Çinə qarşı sanksiyalarla bağlı avropalı müttəfiqlərinin xəttini izləyəcəyini bildirib.

Tramp sosial şəbəkədə Ukraynanın NATO müttəfiqlərinin dəstəyi ilə işğal etdiyi ərazilərini geri ala biləcəyini də yazıb və Rusiyanın göründüyündən daha zəif olduğunu diqqətə çatdırıb.

“Rusiya üç il yarımdır mənasız bir müharibə aparır. Həqiqi hərbi güclə bir həftədən az davam edəcək müharibəni qazana bilməməsi rusları kağız pələnglərə bənzədir”,- Tramp deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər